Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Bakı, 29 iyun, AZƏRTAC
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 120 kvadratmetr olan mənzilin mətbəxində bir ədəd elektrik sobası, bir ədəd paltaryuyan maşın, bir ədəd qaz sobası və bir poqonometr mebel yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 10 bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Evdən generator və marketdən terminal oğurlayan keçmiş məhkumlar saxlanılıb
FHN: Ötən sutka ərzində 80 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub