×
A
A
A
Sazlamalar

® ABB-dən polis əməkdaşları üçün kredit kampaniyası

2 İyul - Polis Günü münasibətilə ABB yeni kampaniyaya start verib. Polis əməkdaşları iyunun 29-dan iyulun 9-dək nağd pul kreditini ABB-dən sərfəli şərtlərlə əldə edə bilərlər.

Kreditin şərtləri: məbləğ - 30 min manatadək, müddət - 60 ayadək, komissiya – 0 faiz, illik faiz dərəcəsi – 14 faizdən başlayaraq.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. Krediti Banka gəlmədən ABB mobile tətbiqindən, yaxud Bankın saytından onlayn şəkildə də sifariş verib əldə etmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

Maliyyə 2022-06-29 15:53:00