UNICEF-in nümayəndəsi: Oxçuçayın çirkləndirilməsi, sadəcə, Azərbaycan üçün deyil, dünya üçün riskli bir haldır
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycanda keçirilən Beynəlxalq Su Konfransı olduqca əhəmiyyətlidir. Hər kəs başa düşməlidir ki, su birmənalı olaraq həyatdır.
Bunu AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilanda keçirilən “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” beynəlxalq konfransının iştirakçısı, UNICEF-in Azərbaycandakı yeni nümayəndəsi Aleks Haykens deyib.
“Dünyada içməli su mənbələri ötən illərə nisbətən azalıb. Belə vəziyyətdə şirin su axarı olan Oxçuçayın çirkləndirilməsi, sadəcə, Azərbaycan üçün deyil, dünya üçün riskli bir haldır”, - deyə o bildirib.
Havada toz dumanı müşahidə edilir
“Qırmızı kitab”ın üçüncü nəşri ilə bağlı tədqiqatlar davam edir
Xəzər rayonunun Zirə qəsəbəsində sahilə yaxın ərazi tullantılardan təmizlənib
Sabah ölkənin bəzi yerlərində havanın temperaturu 41 dərəcəyə yüksələcək