×
A
A
A
Sazlamalar

Daşkəsəndə 525,5 hektar sahədən məhsul yığılacaq

Gəncə, 29 iyun, Elcan Məmmədov, AZƏRTAC

Daşkəsən rayonu ölkənin yüksək dağlıq rayonlarındandır. Əkinçiliyin əsas ixtisaslaşmış sahələri kartofçuluq, tərəvəzçilik və taxılçılıqdır. Əkilən bitkilər əsasən dəmyə şəraitində yetişir.
Rayonun Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2022-ci ilin məhsulu üçün 525,5 hektar sahədən məhsul toplanacaq. Bunun da 69,0 hektarını yazlıq dənli və dənli paxlalılar, 416,5 hektarını kartof, 40 hektarını isə tərəvəz bitkiləri təşkil edir.

Kənd təsərrüfatı 2022-06-29 14:57:00