×
A
A
A
Sazlamalar

II Milli Yaylaq Festivalına könüllü olmaq üçün 2000-dən çox şəxs müraciət edib

Göygöl, 29 iyun, Elcan Məmmədov, AZƏRTAC

Göygöl rayonunun Xan yaylağında keçiriləcək II Milli Yaylaq Festivalına könüllülük proqramı üzrə 2000-dən çox müraciət qəbul edilib.
Festivalın təşkilat komitəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, müraciət edənlərin qeydiyyat ərizələrinə baxıldıqdan sonra müsahibə mərhələsinə keçən şəxslərin siyahısı təyin olunub və hər birinə müsahibə mərhələsi ilə bağlı qısa məlumat mesajları göndərilib.
Qeyd edək ki, II Milli Yaylaq Festivalına seçilən könüllülərin siyahısı festivalın rəsmi saytında dərc olunub.
II Milli Yaylaq Festivalının informasiya dəstəkçiləri arasında AZƏRTAC da var.

Regionlar 2022-06-29 14:43:00