×
A
A
A
Sazlamalar

Lənkəran Regional Elmi Mərkəzinin direktorunun məqaləsi Macarıstanda elmi jurnalda dərc olunub

Bakı, 29 iyun, AZƏRTAC

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru professor Fərman Quliyev və Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun dissertantı Lalə Hüseynovanın “Azərbaycanın cənub bölgəsi şəraitində bakterial xərçəngin limon kollarında yayılması və zərəri” başlıqlı məqaləsi Macarıstanda “Acta Acenegrarıa Debrecenıensıs” araşdırma jurnalının 1-ci nömrəsində dərc olunub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, məqalədə sitrus bitkilərinin orta yetişən limon sortlarında bakterial xərçənginin yayılması və zərərliliyinə dair ikiillik çöl və laboratoriya tədqiqatlarının nəticələri ümumiləşdirilərək təqdim olunur.
2020-2021-ci illərdə aparılmış eksperimental sahə tədqiqatı zamanı müəyyən edilib ki, bakterial xərçəngə əsasən limon kollarında rast gəlinir. Xərçəngdən həm də kinkan, poncirus, laym zərər görür. Portağal və sitronun yapon sortları bu xəstəliyə əhəmiyyətli dözümlülüyü ilə seçilir. Naringilər isə bakterial xərçəngdən ziyan görmür.

Elm və təhsil 2022-06-29 14:19:00