Cozef Bayden: ABŞ Avropada hərbi mövcudluğunu gücləndirəcək
Bakı, 29 iyun, AZƏRTAC
ABŞ Prezidenti Cozef Bayden NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində alyansın Baş katibi Yens Stoltenberqlə görüşündə Birləşmiş Ştatların bütün Avropada hərbi mövcudluğunu artıracağını deyib.
AZƏRTAC xəbər verir ki, Cozef Baydenin çıxışı NATO-nun saytında yayımlanıb.
ABŞ Prezidentinin sözlərinə görə, NATO bütün istiqamətlərdə - havada, quruda və dənizdə təhdidləri dəf etməyi bacarmalıdır. Cozef Bayden, həmçinin Avropaya əlavə olaraq F-35 döyüş təyyarələrindən ibarət iki eskadrilya göndəriləcəyini bildirib. Bundan əlavə, Vaşinqton Polşada ABŞ Silahlı Qüvvələrinin 5-ci Ordu korpusunun (quru qoşunları) qərargahını yerləşdirəcək.
Vladimir Putin və Si Cinpin G20 liderlərinin sammitində iştirak edəcəklər
Yaponiya mübahisəli adalar ətrafında tədqiqatlara görə Cənubi Koreyaya etirazını bildirib
Avrozonada rekord inflyasiya qeydə alınıb