×
A
A
A
Sazlamalar

Bakıda avtomobili qarət edən şəxs saxlanılıb

Bakı, 29 iyun, AZƏRTAC

Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə iyunun 27-də Z.Bünyadov prospektində “Hyundai” markalı bir avtomobildən içərisində 977 manat pul, 2 ədəd mobil telefon, sənəd və açar olan çantanın oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Quliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Cəmiyyət 2022-06-29 13:21:00