×
A
A
A
Sazlamalar

ATU rəhbərliyi Macarıstanın Peç Universitetində əməkdaşlığın perspektivlərini müzakirə edib

Bakı, 29 iyun, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərində işgüzar səfərdədir.
AZƏRTAC ATU-a istinadla bildirir ki, universitetin rektoru professor Gəray Gəraybəyli və Tərbiyə işləri üzrə prorektor Zülfüqar Musabəyov Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə ilə Budapeşt Semmelveis Universitetində və həmin ali məktəbin tədris klinikalarında görüşlər keçirib.
Daha sonra Peç Universitetinin rektoru professor Attila Miseta ilə görüş baş tutub. Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda ATU-nun rəhbərliyi Milli Virusoloji Laboratoriyada, Psixiatriya və Psixoterapiya Klinikasında olub.

 

 

 

Səhiyyə 2022-06-29 12:32:00