Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edir
Bakı, 29 iyun, AZƏRTAC
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi Qarabağın qədim tarixi və zəngin mədəniyyətini təbliğ etmək, yaradıcı gənclərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etməkdir.
Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə bilər.
Hər iştirakçı yalnız bir videoçarx ilə müsabiqəyə qoşula bilər. İştirakçının yaş məhdudiyyəti yoxdur. Videoçarxlar MP4 və ya MOV formatında qəbul edilir (1920X1080 ölçüdə)
Videoçarxların müddəti maksimum 3 dəqiqə həcmində olmalıdır. Videoçarxlarda istifadə edilən materialların müəllif hüquqları məsələləri ilə bağlı videomaterialın müəllifi məsuliyyət daşıyır.
Tələb olunan sənədlər:
Müəllifin şəxsiyyət vəsiqəsinin (xarici vətəndaşlar üçün daimi yaşayış icazələrinin) surəti;
Müəllifin CV-si (əlaqə məlumatları göstərilməklə)
Sənədlərin qəbulu 1 iyul – 20 oktyabr tarixlərində elektron şəkildə mövzunun adı qeyd edilməklə (“Qarabağın tarixi”) [email protected] poçt ünvanı vasitəsilə aparılır.
Qalibləri C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək.
Qalib müəlliflər müvafiq olaraq 1000, 800 və 500 manat məbləğində pul mükafatı və diplomla mükafatlandırılacaq.
Müsabiqənin qaliblərinin adları noyabr ayının 7-dək nazirliyin və “Azərbaycanfilm” kinostudiyasının internet informasiya ehtiyatlarında (www.culture.gov.az www.azerbajanfilm.az) və “Mədəniyyət” qəzetində elan olunacaq.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir