×
A
A
A
Sazlamalar

Bakıda qadının bank hesabından pul oğurlayan şəxs saxlanılıb

Bakı, 29 iyun, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinə müraciət edən Bakı şəhər sakini G.Quliyeva bank hesabından 520 manatın çıxarılaraq oğurlanmasını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Dadaşov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Cəmiyyət 2022-06-29 12:39:00