×
A
A
A
Sazlamalar

Masallıda narkotik vasitənin təsiri altında avtomobili idarə edən sürücü həbs olunub

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 24-də saat 17 radələrində Masallı rayonunun Sərçivar kəndi ərazisində “KamAZ” markalı avtomobil nəzarət qaydasında Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri yoxlama zamanı sürücü, Lənkəran rayon sakini Fariz Məmmədovun avtomobili sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında idarə etməsi müəyyənləşdirilib. O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə F.Məmmədov inzibati qaydada həbs olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Hadisə 2022-06-29 12:33:00