×
A
A
A
Sazlamalar

Worldometer: Dünyada koronavirusa yoluxma hallarının sayı 550 milyonu ötüb

Bakı, 29 iyun, AZƏRTAC
Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 550 milyon nəfəri ötüb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, iyunun 28-də bütün dünya üzrə koronavirusa 822 min 359 yoluxma və 1536 ölüm faktı aşkarlanıb. Hazırda pandemiyanın başlanğıcından bəri yoluxanların ümumi sayı 550 milyon 862 min nəfəri keçib. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 6 milyon 354 min nəfərə, sağalanların sayı 526 milyon 467 min nəfərə çatıb.
ABŞ COVID-19 infeksiyasına həm yoluxanların, həm də ölənlərin sayına görə dünyada liderlik edir. Ölkədə koronavirusa 89 milyon 30 mindən çox insan yoluxub, onlardan 1 milyon 41 min 354 nəfəri həyatını itirib.
Yoluxanların sayına görə ikinci yerdə gedən Hindistanda 43 milyon 436 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 525 min 77 nəfər vəfat edib.
Yoluxma göstəricisinə görə üçüncü pillədə Braziliya yer alır. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 32 milyon 207 min nəfər virusa yoluxub, onlardan 670 min 900 nəfəri koronovirusun qurbanı olub.
Qeyd edək ki, Azərbaycan virusa yoluxma sayına görə dünya statistikasında 77-ci pilləyə enib.

Dünya 2022-06-29 12:31:00