×
A
A
A
Sazlamalar

Abşeron rayonunda quldurluq edən iki nəfər saxlanılıb

Bakı, 29 iyun, AZƏRTAC

Abşeron rayonu ərazisində vətəndaşa qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, naməlum şəxslər vətəndaşa kəsici alətlə xəsarət yetirərək pulunu və mobil telefonunu quldurluq yolu ilə əlindən alıblar.
Rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Vəli Kərimov və Kənan Əhmədov tutularaq istintaqa təqdim edilib. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. V.Kərimov və K.Əhmədovun digər cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, 102 - Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki səhifələrinə məlumat verə bilərlər.

 

 

Hadisə 2022-06-29 12:24:00