Arxeoloqlar Egey dənizində mərmərdən ibarət qədim heykəl başı tapıblar
Bakı, 29 iyun, AZƏRTAC
Avropalı arxeoloqlar və dalğıclardan ibarət qrup Egey dənizindəki Antikithera qəzası ərazisində sualtı ekspedisiya zamanı mərmərdən ibarət qədim heykəl başı aşkarlayıblar.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, bu bərədə Yunanıstanın Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədqiqatçılar tapılan başın Farnese tipli Hercules (Herakl) olduğunu güman edirlər. Onun 1900-cü ildə qəzaya uğramış eyni gəmidə tapılaraq, hazırda Afina Milli Arxeologiya Muzeyində saxlanılan başsız heykələ aid ola biləcəyinə inandıqlarını söyləyiblər.
Robert De Niro bir filmdə iki mafiya başçısının obrazını canlandıracaq
“Artım” layihə məkanında "Orkestrin məşqi" filmi nümayiş olunacaq
Türkiyədə aparılan qazıntılar zamanı beş min illik tarixə malik büt tapılıb
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli