×
A
A
A
Sazlamalar

Milli Kitabxana “Şuşa məişət əşyaları” adlı virtual sərgi hazırlayıb

Bakı, 29 iyun, AZƏRTAC

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Şuşa məişət əşyaları” adlı virtual sərgi hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhəri əhalisinin XVIII-XIX əsrlərdə istifadə etdiyi məişət əşyaları, onların təsnifatı, haqqında məlumatlar, əyani-vizual görüntülər və qısa tarix öz əksini tapır.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa_meiset_esyalari/index.htm linkindən istifadə edə bilərlər.

 

 

Mədəniyyət 2022-06-29 12:15:00