×
A
A
A
Sazlamalar

FHN: Ötən sutka ərzində 91 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Bakı, 29 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 88 halda yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində ikisi azyaşlı olmaqla dörd nəfər, o cümlədən Mingəçevir sularda xilasetmə məntəqəsinin ərazisində qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi olan bir nəfər və paytaxtın Qaradağ rayonunda “Shacman” və "МАЗ" markalı iki yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas olunub. Həmçinin yanğınlar zamanı səkkiz nəfər xəsarət alıb, iki uşaq ölüb, üç nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

Hadisə 2022-06-29 12:06:00