×
A
A
A
Sazlamalar

Məşhur rejissor Vudi Allen son filmini çəkəcək

Bakı, 29 iyun, AZƏRTAC

Məşhur rejissor Vudi Allen son filmini çəkəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, instaqram səhifəsində canlı yayım açan rejissor növbəti və son filmini Parisdə çəkəcəyini deyib.
O, filmin çəkilişlərinə payızda başlayacağını və əvvəlki həvəslə işləyə bilməyəcəyini açıqlayıb.
Qeyd edək ki, pandemiya dövründə iki filmi yayımlanan rejissorun sadəcə Selena Qomezin baş rolda oynadığı “Nyu-Yorkda yağışlı bir gün” ekran işi uğur qazana bilmişdi.

 

Mədəniyyət 2022-06-29 12:04:00