×
A
A
A
Sazlamalar

Zərdabda pambıq əkinlərində birinci vegetasiya suvarmasına başlanıb

Zərdab, 29 iyun, AZƏRTAC

Zərdab rayonunda pambıq əkini sahələrində kompleks becərmə tədbirləri davam etdirilir və hazırda birinci vegetasiya suvarmasına başlanıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə Zərdabda 2780 hektar sahədə çiyid səpini aparılıb və hər yerdə normal çıxış alınıb. Səpin işlərinin 1700 hektarı “MTK-İK”-in Zərdab filialı, 1080 hektarı isə “P-AQRO” MMC tərəfindən aparılıb. Sahələrdə becərmə tədbirlərinin vaxtında və aqrotexniki qaydada aparılması ciddi diqqət mərkəzindədir. Tütün tripsi və mənənəyə qarşı kimyəvi mübarizə başa çatdırılıb. Hazırda pambıq sovkasına qarşı kimyəvi mübarizə işləri görülür.
Qeyd edək ki, pambıq sahələrinin becərilməsinə 400 nəfərədək işçi qüvvəsi cəlb edilib. Hər yerdə, xüsusilə İsaqbağı, Şıxbağı, Pərvanlı, Qoşaoba, Körpükənd və bir sıra digər icra nümayəndəliklərində əkinlərin becərilməsi daha mütəşəkkil aparılır. Artıq bitkilər qönçələnmə-çiçəkləmə fazasındadır. Əkinlərin hazırkı vəziyyəti hər yerdə yüksək məhsuldarlıqdan xəbər verir.

Kənd təsərrüfatı 2022-06-29 11:59:00