Dünya çempionatı: Bu gün qadın həndbolçulardan ibarət millimizin rəqibi müəyyənləşəcək
Bakı, 29 iyun, AZƏRTAC
Qadın həndbolçular arasında 2023-cü ildə keçiriləcək dünya çempionatının iyunun 29-da birinci təsnifat mərhələsinin püşkü atılacaq.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avstriyanın paytaxtı Vyanada keçiriləcək mərasimdə Azərbaycan millisinin də rəqibi bəlli olacaq.
Avropa çempionatına vəsiqə qazana bilməyən 18 komanda püşkatmadan əvvəl 2 səbətə bölünüb. Bu raundda 9 cütlük pley-offa yüksəlmək üçün 2 oyundan ibarət görüşlər keçirəcək.
Azərbaycan millisi ilə yanaşı, ikinci səbətdə Kosovo, İsrail, Finlandiya, Lüksemburq, Bosniya və Herseqovina, Bolqarıstan, Böyük Britaniya və Latviya yığmaları da yer alıblar. Avstriya, Slovakiya, İslandiya, Türkiyə, Ukrayna, Farer adaları, Portuqaliya, Yunanıstan və İtaliya seçmələri isə birinci səbətdə qərarlaşıblar.
Qeyd edək ki, birinci təsnifat mərhələsinin matçları noyabrın 2-3-də və 5-6-da keçiriləcək.
Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub