×
A
A
A
Sazlamalar

Beş ayda ölkəyə 28,6 min avtomobil idxal olunub

Bakı, 29 iyun, AZƏRTAC

Yanvar-may aylarında Azərbaycana 369 milyon 468 min ABŞ dolları dəyərində 28 min 681 avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 292-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 26 min 408-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 1851-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 130-u isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

 

Nəqliyyat 2022-06-29 11:48:00