×
A
A
A
Sazlamalar

Salyanın taxıl zəmilərində orta məhsuldarlıq 30 sentnerdən çoxdur

Salyan, 29 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Salyanda taxıl biçini davam edir. Məhsulun optimal müddətdə və itkisiz yığılması üçün sahələrə kifayət qədər texnika cəlb olunub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Salyanda 2022-ci ilin məhsulu üçün 15729,0 hektar sahəyə taxıl səpilib. Bunun 6255,0 hektarını buğda, 9474,0 hektarını isə arpa təşkil edir. Bu günə kimi 12579,0 hektar taxıl sahəsi biçilib və hektara 30,7 sentner olmaqla, 38575,0 ton məhsul toplanılıb.
Hazırda taxıl biçini davam edir.

 

Kənd təsərrüfatı 2022-06-29 11:08:00