×
A
A
A
Sazlamalar

Sumqayıtlı gənc pianoçu Beynəlxalq vokal-instrumental müsabiqədə Qran-Pri mükafatına layiq görülüb

Sumqayıt, 29 iyun, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeliyində fəaliyyət göstərən şəhər Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq incəsənət məktəbinin fortepiano şöbəsinin şagirdi Aysel Eldarova onlayn formatda təşkil olunan "British Grand Festival" adlı 2-ci Beynəlxalq vokal-instrumental müsabiqədə Qran-Pri mükafatına layiq görülüb.
İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə şagirdin uğurlu çıxışına görə məktəbin müəllimi Mehbarə Nurullayeva təşəkkürnamə ilə təltif olunub.

Regionlar 2022-06-29 11:05:00