×
A
A
A
Sazlamalar

Bu gün “Zirə” klubu Rumıniyanın “Hermanştadt” komandası ilə qarşılaşacaq

Bakı, 29 iyun, AZƏRTAC

Yeni mövsümə Türkiyənin Bolu şəhərində hazırlaşan “Zirə” futbol klubu bu gün ilk sınağına çıxacaq.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi Rumıniyanın Birinci Liqasında çıxış edən “Hermanştadt”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
İyulun 7-də Bakıya dönəcək “Zirə” UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Təl-Əviv “Makkabi”si ilə oyunlara son hazırlıq mərhələsini burada keçirəcək.

 

 

İdman 2022-06-29 11:07:00