×
A
A
A
Sazlamalar

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək

Bakı, 29 iyun, AZƏRTAC

2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, imtahan sessiyası dövründə tələbə və magistrantların, həmçinin onların valideynlərinin yarana biləcək suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri hər həftə hibrid formada təşkil olunur.
Hibrid formada olan görüşlərdə MDU-nun tələbələri, magistrantlar və onların valideynləri iştirak edə bilərlər.
Növbəti “Açıq qapı” günü iyunun 30-da saat 11:00-da keçiriləcək.
Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

 

 

Regionlar 2022-06-29 10:59:00