×
A
A
A
Sazlamalar

İddiaçılar turniri: Teymur Rəcəbov növbəti turda Yan Nepomnyaşi ilə qarşılaşacaq

Bakı, 29 iyun, AZƏRTAC
İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 10-cu turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda FIDE təmsilçisi Yan Nepomnyaşi ilə mübarizə aparacaq.
Qeyd edək ki, şahmatçımız ötən turlarda 4 xal toplayıb. O, bu nəticə ilə 8 şahmatçı arasında 5-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.

İdman 2022-06-29 11:04:00