Neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib
Bakı, 29 iyun, AZƏRTAC
Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,13 dollar azalaraq 117,85 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,03 dollar bahalaşaraq 111,79 dollar olub.
Yeddi ayda ölkədə qaz hasilatı artıb
Azərbaycandan Çinə Orta dəhlizlə yaşıl neft koksu ixrac olunub
“Şahdəniz” qurğularının hasilat gücü gündə təxminən 70 milyon standart kubmetrdir