×
A
A
A
Sazlamalar

“Qarabağ” klubu bu gün Almaniya və Rumıniya klubları ilə yoxlama oyunları keçirəcək

Bakı, 29 iyun, AZƏRTAC

Avstriyada təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” futbol klubu bu gün 2 yoxlama matçı keçirəcək.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi günün ilk oyununda Almaniyanın “Holştayn Kiel” komandası ilə üz-üzə gələcək. “St. Ulrix” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Toplanışın və günün son matçında isə rəqib Rumıniyanın “Universitatya Krayova” klubu olacaq. “Yenbax” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
“Qarabağ” Avstriyadakı ilk yoxlama oyununda Rumıniyanın “Botoşani” komandasını 4 cavabsız qolla qalib gəlib.

 

 

 

 

İdman 2022-06-29 10:52:00