×
A
A
A
Sazlamalar

Yardımlıda taxıl biçininə başlanılıb

Yardımlı, 29 iyun, AZƏRTAC

Artıq bir neçə gündür ki, Yardımlıda taxıl biçini kampaniyasına start verilib. İlkin mərhələdə biçin nisbətən dağətəyi ərazilərdəki arpa sahələrində aparılır.
Bu barədə AZƏRTAC-a Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev məlumat verib.
Onun sözlərinə görə, ötən ilin payızında rayonda 3456 hektar sahədə taxıl əkilib. Bunun 299 hektarı arpa, 3157 hektarı isə buğdadır. Son operativ məlumatlara görə indiyədək rayonda 52 hektar buğda, 55 hektar arpa sahəsində olmaqla, 107 hektar ərazidə biçin aparılıb.
Məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

Kənd təsərrüfatı 2022-06-29 10:42:00