×
A
A
A
Sazlamalar

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərə gəlib VİDEO

Aşqabad, 29 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün iyunun 29-da Türkmənistana səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Aşqabad Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini və xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşıladılar.

Rəsmi xronika 2022-06-29 09:55:00

Video