×
A
A
A
Sazlamalar

Cozef Bayden və Boris Conson üç ölkənin NATO-ya üzvlüklə bağlı razılığa gəlməsini alqışlayıb

Bakı, 29 iyun, AZƏRTAC

ABŞ Prezidenti Cozef Bayden və Böyük Britaniyanın Baş naziri Boris Conson İsveç, Finlandiya və Türkiyənin NATO üzvlüyü ilə bağlı razılığa gəlmələrini alqışlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Cozef Bayden və Boris Conson öz tviter hesablarında yazıblar.
ABŞ Prezidenti bildirib ki, üç ölkə arasında memorandumun imzalanması müsbət haldır. “Nəticədə bu bizim ittifaqımızı gücləndirəcək və kollektiv təhlükəsizliyimizi artıracaq. Bu, NATO sammiti üçün əla başlanğıcdır”-, deyə Bayden qeyd edib.
Böyük Britaniyanın Baş naziri Boris Conson isə Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı razılıq verməsini fantastik xəbər adlandırıb.
"Bu, fantastik xəbərdir. İsveç və Finlandiyanın üzvlüyü bizim parlaq ittifaqımızı daha güclü və təhlükəsiz edəcək", - Britaniya hökumətinin başçısı yazıb.
Qeyd edək ki, Türkiyə tələblərinin qarşılığında İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib.

 

Dünya 2022-06-29 07:36:00