"Liverpul"un hücumçusu Takumi Minamino "Monako"ya keçib
Bakı, 29 iyun, AZƏRTAC
İngiltərənin "Liverpul" klubunun hücumçusu Takumi Minamino "Monako"ya keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Monako təmsilçisinin saytı məlumat yayıb.
Yaponiyalı futbolçu ilə 2026-cı ilin iyun ayınadək müqavilə imzalanıb.
2020-ci ildən "Liverpul"da çıxış edən futbolçu İngiltərə Premyer Liqasının 2021-2022-ci il mövsümündə 11 oyunda meydana çıxıb və 3 qol vurub.
Qeyd edək ki, "Monako" klubu ötən mövsümü Fransa Liqa 1-də dördüncü pillədə başa vurub.
UEFA Avropa Liqası: "Fənərbağça" "Austriya" komandasını məğlub edib
Artyom Dzyuba "Adana Demirspor" klubuna keçib
V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib - YENİLƏNİB
Karateçilərimiz V İslam Həmrəyliyi Oyunlarında 6 medala sahib olublar
Azərbaycan karateçisi İrina Zaretska İslamiadanın ikiqat qalibi olub