×
A
A
A
Sazlamalar

Muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalı 3,6 faiz artıb

Naxçıvan, 28 iyun, AZƏRTAC

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 62 milyon 134 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu dövr ərzində diri çəkidə ət istehsalı 10397 ton, süd istehsalı 38150 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,2 faiz, süd istehsalı isə 1,7 faiz artıb.

Regionlar 2022-06-28 20:48:00