×
A
A
A
Sazlamalar

UN HABITAT-ın baş mütəxəssisi: Azərbaycanda dağıdılmış şəhərlərin bərpası olduqca sürətlə aparılır

Katovitse, 28 iyun, AZƏRTAC
Azərbaycanı təmsil edən nümayəndə heyəti ilə səmərəli görüş keçirdik. Bizə Azərbaycan dövlətinin dağıdılmış şəhərlərin bərpası ilə bağlı reallaşdırdığı layihələr haqqında məlumat verildi. Bu şəhərlərin bərpası olduqca sürətlə aparılır və bu proses təqdirəlayiqdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN HABITAT) şəhərsalma üzrə baş mütəxəssisi Klas Qrot Ümumdünya Şəhər Forumunun (WUF) 11-ci sessiyası çərçivəsində təmsil etdiyi qurumun Azərbaycan nümayəndə heyəti ilə görüşündən sonra bildirib.
Onun sözlərinə görə, yenidənqurma və bərpa işləri ilə yerində tanış olmaq üçün UN HABITAT Azərbaycanın azad edilmiş ərazilərinə texniki missiya göndərmək niyyətindədir. Qeyd olunub ki, hazırda bununla bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparılır.

 

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Katovitse

Siyasət 2022-06-28 19:56:00