Baş Prokurorluq: Yasamal rayonunda baş vermiş intihar faktı ilə bağlı cinayət işi başlanıb
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Baş Prokurorluğu Yasamal rayonunda baş vermiş intihar faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 27-də saat 17 radələrində 1984-cü il təvəllüdlü Xalidə Kəngərlinin paytaxtın rayon ərazisində yerləşən binanın 10-cu mərtəbəsində yaşadığı mənzilin eyvanından özünü ataraq öldürməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Binəqədi və Səbail rayonlarında oğurluqla məşğul olan şəxslər tutulub
Həftəsonu ölkə ərazisində qeydə alınan 87 cinayətin açılması təmin olunub
FHN: Ötən sutka ərzində 82 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib