×
A
A
A
Sazlamalar

Filialı və ya nümayəndəliyi olan vergiödəyicisi necə uçota alınır?

Bakı, 28 iyun, AZƏRTAC

Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergiödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergiödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergiödəyicisi tərəfindən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergiödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya “İnternet Vergi İdarəsi” vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir.
Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir.

Maliyyə 2022-06-28 19:13:00