×
A
A
A
Sazlamalar

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 28-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106017947 ISIN-li, 40 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 92.1367 AZN (8 faiz) və 100 AZN (5 faiz) manat olan 22 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 97.5582 AZN (5.9 faiz) manat, orta ölçülmüş qiyməti 98.6449 AZN (5.4961 faiz) manat müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 141 milyon 667 min 800 manat, yerləşdirilmiş həcmi isə 40 milyon 312 min 400 manat təşkil edib. İstiqrazlar 2025-ci il iyunun 24-də ödəniləcək. Hərrac iştirakçıları iyunun 29-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

 

Maliyyə 2022-06-28 19:14:00