×
A
A
A
Sazlamalar

® Artıq “Rabita Mobile” üzərindən 1 kliklə 30 min AZN-dək kredit sifariş etmək mümkün olacaq

Gündən-günə rəqəmsallaşaraq xidmətlərini daha da əlçatan edən “Rabitəbank” “Rəqəmsal Kredit” məhsulunu müştərilərinə təqdim edir.

“Rəqəmsal Kredit” – kreditin tam onlayn şəkildə, müştərinin banka yaxınlaşmasına ehtiyac olmadan, “Rabita Mobile” tətbiqetməsi üzərindən rəsmiləşdirilmə prosesidir. Belə ki, artıq müştərilər “Rabita Mobile” üzərindən 30 min AZN-dək nağd pul krediti əldə edə, 48 ay müddətində ödəyə biləcəklər. Rahatlığı ondadır ki, kredit əldə etmək üçün artıq bir yığın sənəd toplamağa ehtiyac yoxdur, bütün prosedurlar cəmi 1 kliklə həyata keçir.
Nağd Pul Kreditini əldə etmək üçün isə prosedur çox sadədir: Müştəri “Rabita Mobile” tətbiqetməsinə daxil olur, vəsaitlərin olduğu bölmədən + ikonunu seçib, “Nağd Pul Krediti” sifarişinə klikləyir. Məbləği və kredit müddətini seçib, komissiyanı hesablayır. Növbəti prosedurda OTP kod gəlir, 6 rəqəmli kodu yığdıqdan sonra sifariş qəbul olunur. 30 min AZN-dək nağd pul kreditini əldə etmək üçün “Rabita Mobile” tətbiqetməsi üzərindən sorğu göndərin, bütün prosedurları onlayn şəkildə izləyin.
Ətraflı məlumatı “133” Çağrı mərkəzindən əldə edə və yaxud bankın sosial media hesablarına yazaraq ala bilərsiniz.
İnstaqram: https://www.instagram.com/rabitabank
Feysbuk: https://www.facebook.com/rabitabank
“Rabita Mobile” tətbiqetməsini endirmək üçün: https://rbt.az/RBM
“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.

Maliyyə 2022-06-28 19:10:00