BDU-nun Qazax filialında “Məzun günü”
Bakı, 28 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında “Məzun günü” tədbiri keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Tədbirdə universitetin Qazax filialının direktoru Arif Rüstəmov çıxış edərək ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, filialın əldə etdiyi nailiyyətlərdən danışıb. Filialı bakalavriat səviyyəsi üzrə 410, magistratura səviyyəsi üzrə isə 11 tələbənin bitirdiyini qeyd edən A.Rüstəmov məzunların gələcəkdə bacarıqlı mütəxəssis kimi ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarına əmin olduğunu bildirib.
Filialın direktor müavini Məmməd Yusifov, dekan Hamlet İlyasov, professor Hüseyn Xəlilov, baş müəllim Mustafa Mustafayev çıxışlarında məzunlara uğurlar arzulayıblar.
Filialın Tələbə Gənclər Təşkilatının sədri Pəri İbrahimova respublikamızda təhsilin inkişafına daim xüsusi önəm verildiyini deyib.
Sonra filialın ictimai-mədəni, kütləvi tədbirlərində, eləcə də təhsildə fərqlənən bir qrup məzuna mükafatlar verilib. Maraqlı konsert proqramı təqdim olunub.
UFAZ-a qəbul imtahanının nəticələri məlum olub
Lisey və gimnaziyalara sənəd qəbulu davam edir
Dendrologiya İnstitutunda lavanda bitkisinin biomorfoloji xüsusiyyətləri araşdırılıb