×
A
A
A
Sazlamalar

Dövlət Xidmətində istehlakçılar tərəfindən daxil olan 2606 müraciətə baxılıb

Bakı, 28 iyun, AZƏRTAC

Cari ilin ilk 5 ayında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlakçılar tərəfindən daxil olan 2606 müraciətə baxılıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, 1066 müraciət təmin olunub, 970 müraciətə dair izahat və tövsiyə verilib, 251 müraciət üzrə araşdırmalar davam edir, 146 müraciət aidiyyəti üzrə orqanlara göndərilib, zəruri sənədlər təqdim edilmədiyi üçün 121 müraciətin baxılması dayandırılıb, 30 müraciətə dair ərizədə qeyd olunan faktlar aşkarlanmayıb, 22 müraciətə dair aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub. Müraciətlərin 59 faizi malların qüsurlu və keyfiyyətsiz olmasına, 2 faizi müqavilə şərtlərinin pozulmasına, 23 faizi digər istehlakçı hüquqlarının pozulmasına, 15 faizi istehlakçıların hesabda, çəkidə və qiymətdə aldadılmasına, 1 faizi istehlakçılara zəruri və düzgün məlumatların verilməməsinə dair olub. Nəticədə 157 min 663 manat istehlakçılara qaytarılıb, 14 min 181 manat dəymiş ziyan ödənilib.

İqtisadiyyat 2022-06-28 18:59:00