IELTS qeydiyyat və imtahan mərkəzində növbəti imtahan keçirilib
Naxçıvan, 28 iyun, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində yaradılan IELTS qeydiyyat və imtahan mərkəzində növbəti imtahan keçirilib. Həm general, həm də akademik IELTS olaraq nəzərdə tutulan imtahanda 70-ə yaxın şəxsin akademik bacarıqları qiymətləndirilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, namizədlər iyun ayının 24-də IELTS danışıq imtahanında iştirak edib, sonra onların dinləmə, oxu və yazı bacarıqları qiymətləndirilib. İmtahanda oxuma və dinləmə prosesində sualların tərtib edilməsini, yazı və danışıq mərhələsində sualların hazırlanmasını Britaniya Şurası həyata keçirib.
Qeyd edək ki, Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində yaradılan qeydiyyat və imtahan mərkəzinin məqsədi muxtar respublikada bu sahə üzrə ingilis dili bacarıqlarının qiymətləndirilməsi və namizədlərin beynəlxalq sertifikatla təmin olunmasıdır. Mərkəz yaxın zamanda universitetdə ingilis dilində ixtisasların sayının artmasına və qeyri-ixtisaslarda çalışan əməkdaşların ingilis dili bacarıqlarının qiymətləndirilməsinə öz müsbət təsirini göstərəcək.
Ağdam Dövlət Dram Teatrı 100-cü mövsümü “Dərs” tamaşası ilə açıb
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI sessiyasının ilk iclası keçirilib
Səyyar “ASAN xidmət” avtobusu Yevlaxda
“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsində indiyədək 251,5 ton quru tütün istehsal edilib