×
A
A
A
Sazlamalar

Almaniyanın “NRW Global Business” şirkətinin nümayəndələri AZPROMO-da olublar

Bakı, 28 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Almaniyanın “NRW Global Business” şirkətinin nümayəndələri arasında görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizin investisiya mühiti və mövcud layihələr barədə məlumat verilib, “NRW Global Business” şirkətinin Azərbaycan məhsullarının Almaniyada daha çox tanıdılması istiqamətində işlərin aparılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.

İqtisadiyyat 2022-06-28 18:21:00