×
A
A
A
Sazlamalar

Bakının “Azərreyl” voleybol klubunun Çağırış kuboku yarışındakı rəqibi müəyyənləşib

Bakı, 28 iyun, AZƏRTAC

2022/2023-cü il mövsümündə Azərbaycanı Çağırış kuboku yarışında təmsil edəcək Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun rəqibi müəyyənləşib.
AZƏRTAC klubun rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, mübarizəyə 1/32 finaldan başlayacaq komanda “Slovan” (Slovakiya) ilə qarşılaşacaq.
Mərhələnin ilk oyunları noyabrın 22-24-də, cavab qarşılaşmaları isə noyabrın 29-dan dekabrın 1-dək keçiriləcək. Bakı təmsilçisi ilk görüşünü səfərdə keçirəcək.

 

İdman 2022-06-28 18:20:00