İdman gimnastikası üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyənləşib
Bakı, 28 iyun, AZƏRTAC
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə idman gimnastikası üzrə 2009-2010-cu, 2011-2012-ci və 2013-2014-cü il təvəllüdlü oğlanlar arasında şəhər birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə Yusif Şərifov, Yusif Hüseynzadə, Ömər Məmmədli, Səccad Aşurlu, Qurban Mustafazadə, Miryusif Əhmədzadə, Cəsur Quliyev və Abuzər Xəlilzadə rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman və medalları ilə təltif olunublar.
Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub