×
A
A
A
Sazlamalar

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Ağır Atletika Federasiyasının hesabat-seçki konfransında iştirak edib

Bakı, 28 iyun, AZƏRTAC

Albaniyanın paytaxtı Tiranada Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) hesabat-seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katib Rizvan Rəsulov və onun köməkçisi Kamal Axundovdan ibarət nümayəndə heyəti də iştirak edib.
AZƏRTAC AAAF-ın mətbuat xidmətinə istinadla xəbər verir ki, konfransda IWF-in prezident postuna seçkilər keçirilib. Səsvermə nəticəsində iraqlı Məhəmməd Calud qurumun prezidenti seçilib. Bununla yanaşı, federasiyanın vitse-prezidentləri, İdarə Heyətinin üzvləri və digər postlar üçün seçkilər təşkil olunub, yeni vəzifə sahibləri müəyyən edilib.
Azərbaycan nümayəndə heyəti konfransda iştirakla yanaşı, bir sıra görüşlər keçirib, müzakirələr aparıb.

İdman 2022-06-28 17:24:00