×
A
A
A
Sazlamalar

Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 28-də Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Azərbaycana rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və digər rəsmi şəxslər qarşıladılar.

Siyasət 2022-06-28 17:16:00