×
A
A
A
Sazlamalar

“AtaBank”ın balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq

Bakı, 28 iyun, AZƏRTAC

İyulun 6-sı saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “AtaBank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Fonddan AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlak Bakı şəhəri, Xətai rayonu, 1168-ci məhəllə, Xocalı prospekti 45A ünvanında 0,19 ha torpaq sahəsində yerləşən (ü/s 9624,7 kvadratmetr) qeyri-yaşayış binasıdır. Daşınmaz əmlakın ilkin satış qiyməti 20 milyon manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına, alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27 (“AVİS” aptekin arxası).

Maliyyə 2022-06-28 16:17:00