Müdafiə Nazirliyi: İstifadəyə yararsız döyüş sursatlarının utilizasiyası davam etdirilir
Bakı, 28 iyun, AZƏRTAC
İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla Azərbaycan Ordusunun bölmələri tərəfindən planlı şəkildə utilizasiyası davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, döyüş sursatlarının utilizasiya prosesi iyunun 29-dan iyulun 2-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Ölkəmizin hava məkanı etibarlı müdafiə olunur VİDEO
Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər
"Snayper həddi" müsabiqəsinin epizodları icra olunur
Hərbi dənizçilər “Dəniz kuboku” müsabiqəsində növbəti epizodu yerinə yetiriblər
“Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsi keçirilib