×
A
A
A
Sazlamalar

Kiçik sahibkarlıq subyekti olan müəssisə gəlir və xərclərinin uçotunu necə aparmalıdır?

Bakı, 28 iyun, AZƏRTAC

Kiçik sahibkarlıq subyekti hesab olunan müəssisə 2022-ci ildə öz gəlir və xərclərinin uçotunu kassa metodu ilə apara bilərmi?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparır. Qeyd olunan dəyişiklik orta və iri sahibkarlıq subyektlərinə münasibətdə artıq tətbiq olunub, kiçik sahibkarlıq subyektlərinə münasibətdə isə 2023-cü il yanvarın 1-dən tətbiq ediləcək.
Buna əsasən, kiçik sahibkarlıq subyekti olan müəssisə 2022-ci ildə gəlir və xərcinin uçotunu kassa metodu ilə apara bilər, 2023-cü il yanvarın 1-dən isə gəlir və xərcinin uçotunu yalnız hesablama metodunu tətbiq etməklə aparmalıdır.

Maliyyə 2022-06-28 13:12:00