Artilleriya bölmələrində döyüş atışlı təlim keçirilir VİDEO
Bakı, 28 iyun, AZƏRTAC
2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlim keçirilir.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə və komandir heyətinin çevik qərarqəbuletmə qabiliyyətinin, həmçinin şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri cəmləşmə rayonlarına çıxarılaraq təyin olunan yerlərdə atəş mövqelərini tutublar.
Bölmələr tərəfindən şərti düşmən hədəflərinin sərrast atəş zərbələri ilə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO
Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO
Azərbaycan ilə Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb